Çempionlar Liqasında günün nəticələri

UEFA Çempionların Liqasının Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə 6 qarşılaşma olub.

Nəticələrlə tanış olun: 

“Feyenord” 0-4 “Bayer Leverkuzen”
“Belqrade” 1-2 “Benfika”
“Atalanta” 0-0 “Arsenal”
“Atletiko Madrid” 2-1 “Leipziq”
“Brest” 2-1 “Ştrum Qraz”
“Monako 2-1 “Barselona”

Qeyd edək ki, 1-ci turun nəticələrinə əsasən top nisbətinə görə “Bavariya” yarış cədvəlinə başçılıq edir. İlk üçlüyü “Seltik”lə “Bayer Leverkuzen” qapıyır.