Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.
Sportline.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyne layiq görülüb.
Belçikalı yarımmüdafiəçi səsvermədə İspaniya "Real Madrid"indən Vinisius Junior və İtaliya "İnter"indən Nikola Barella ilə Henrix Mxitaryanı geridə qoyub.
Qeyd edək ki, Kevin De Brüyne İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri matçda komandasının yeganə qolunun müəllifi olub.