Çempionlar Liqasında I təsnifat mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə başlanır.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu gün "Linkoln"la qarşılaşacaq.

Komandamızın növbəti mərhələdəki potensial rəqibləri olan Polşanın "Rakuv" və Estoniyanın "Flora" komandaları da bu gün üz-üzə gələcəklər. 

19:00. “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)

19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)

20:00. “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)

22:00. “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)

22:00. “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)

22:45. “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan)

22:45. “Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya)

22:45. “Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan)

22:45. “Partizani” (Albaniya) - BATE (Belarus)

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də olacaq. Cavab görüşləri isə iyulun 18-i və 19-da keçiriləcək.