Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vuran ən yaşlı futbolçuların rekordu təzələnib.

Sportline.az xəbər verir ki, ötən gecə "Antverpen"in qapısına yol tapan "Portu"nun müdafiəçisi Pepe bununla Françesko Tottinin nəticəsini üstələyib.

Təcrübəli futbolçu 40 yaş 254 günündə fərqlənməklə bu göstəricidə ən yaşlı futbolçu olub. 

Qeyd edək ki, "Portu" - "Antverpen" matçı 2-0 hesabı ilə başa çatıb.