Çempionlar Liqasının oyunu Süleymaninin büstünə görə təxirə salındı

Asiya Çempionlar Liqasının qrup mərhələsində İranın “Sepahan” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandaları arasındakı oyun təxirə salınıb.

Sportline.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı klubunun meydana çıxmaq üçün nəzərdə tutulan tunelin yaxınlığında yerləşən general Qasım Süleymaninin büstünə görə qonaq stadionda oynamaqdan imtina etməsi olub.

İran və Səudiyyə Ərəbistanı arasında bir sıra siyasi fikir ayrılıqları səbəbindən münasibətlər gərgindir. Xüsusilə, Süleymani 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dəki səfirinə sui-qəsd planında iştirak etdiyinə görə sanksiyalar altında idi.

Matçın oynanılacağı və ya “Əl-İttihad”a texniki məğlubiyyət verilib-verilməyəcəyi məlum deyil.