Çempionlar Liqasının qalibi "Əl-Nəsr"də

"Mançester Siti"nin futbolçusu Emerik Laport da karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az The Atletik nəşrinə istinadla xəbər verir ki, sözügedən klub keçidlə bağlı razılaşmaya nail olub.

"Şəhərlilər"in start heyətində yerini itirən futbolçu Səudiyyə Ərəbistanına yollanmağa etiraz etmir.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm "Mançester Siti" ilə İngiltərə Premyer Liqası və kubokunun, həmçinin Çempionlar Liqasının qalibi olub.