Çempionlar Liqasının rəmzi komandası açıqlandı
UEFA Çempionlar Liqasının rəmzi komandası açıqlanıb.
Sportline.az xəbər verir ki, "Who Scored"in tərtib etdiyi siyahıda seçim azı 1/4 finaladək yüksələn və 700 dəqiqədən çox meydanda olan futbolçular arasında aparılıb.
Qapıçı: Andre Onana ("İnter");
Müdafiəçilər: Aleks Qrimaldo ("Benfika"), Kim Min Je ("Napoli"), Ruben Diaş ("Mançester Siti"), Covanni Di Lorenso ("Napoli");
Yarımmüdafiəçilər: Kevin De Brüyne ("Mançester Siti"), Coşua Kimmix ("Bavariya"), Federiko Valverde ("Real");
Hücumçular: Vinisius ("Real"), Erlinq Holand ("Mançester Siti"), Joau Mariu ("Benfika")