Çerçesov: "Messi "Qızıl top" üçün hər şeyi etdi"

Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov Lionel Messinin "Qızıl top" üçün hər şeyi etdiyini bildirib.

Sportline.az xəbər verir ki, Çerçesov bu barədə "Çempionat"a danışıb.

“Messi “Qızıl top”a layiqdir. O, dünya çempionu oldu və bu, hər şeyin tacıdır. Sonra Amerikaya getdi, Mayami ilə titul qazandı - dünya çempionu, Fransa çempionu, ABŞ kuboku. "Qızıl top" üçün hər şeyi etdi" - deyə Çerçesov bildirib.

Qeyd edək ki, Messi Argentina millisi ilə mundialın qalibi olub.