Çimərlik futbolunda Dünya Kubokunun sahibi bəlli olub

Çimərlik futbolunda Dünya Kubokunun sahibi bəlli olub.

Sportline.az xəbər verir ki, final görüşündə Braziliya ilə İtaliya seçmələri üz-üzə gəliblər.

Gərgin mübarizə ilə yadda qalan görüş braziliyalıların  6:4 hesablı qələbəsi ilə başa çatıb. Dünya Kubokuna sahib çıxan Braziliya millisi 15-ci dəfə kuboku başının üzərinə qaldırıb. Daha öncə isə Portuqaliya və Rusiya seçməsi də turnirin qalibi olub.

Qeyd edək ki, Rusiya seçmə komandası bu dəfə Ukraynada baş verən müharibə şəriti ilə bağlı turnirə buraxılmayıb.