Çingiz Ündər daha 4 il "Roma"da

"Roma" futbolçusu Çingiz Ündərlə müqaviləni uzadıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin üzvü 2023-cü ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib. Müqavilənin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2017-ci ildən paytaxt klubunda çıxış edən 22 yaşlı yarımmüdafiəçi "canavarlar"ın heyətində 65 rəsmi oyuna 14 qol vurub.