ÇL-də mövsümün ən yaxşı futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada "Real"ın hücumçusu Vinisius Cunior layiq görülüb.

Bu haqda Kral klubunun X sosial şəbəkəsində məlumat yayılıb

Qeyd edək ki, mövsümün 10 oyununda meydana çıxan braziliyalı futbolçu 6 qol və 5 asist müəllifi olub.