ÇL-də qrup mərhələsinin son 3 iştirakçısı müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 3 görüş keçiriib.
Belçika "Antverpen"i evdə qalib gəldiyi (1:0) AEK-lə bu dəfə Yunanıstanda üz-üzə gəlib və rəqibini 2:1 hesaı ilə üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.
2-ci təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakov" (Polşa) səfərdə "Kopenhagen"lə qarşılaşıb və rəqibinə uduzub - 0:1. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Kopenhagen" qrup mərhələsinə yüksəlib.
Digər oyunda isə PSV (Niderland) "Reyncers"i (Şotlandiya) qəbul edib. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb. Cavab oyununda isə Niderland klubu 5:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib.
30 avqust
23:00. AEK (Yunanıstan) - "Antverpen" (Belçika) - 1:2
Qollar: S.Arauxo, 90 - Q.Kerk, 73, M.Balikvişa, 90+5
İlk oyun - 0:1
23:00. "Kopenhagen" (Danimarka) - "Rakov" (Polşa) - 1:1
Qollar: D.Vavro, 35 - L.Zvolinski, 87
İlk oyun - 1:0
23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 5:1
Qollar: İ.Saybari, 35, 53, L.de Yonq, 66 - C.Tavernye, 64, C.Verman, 78, K.Koldson, 82-avtoqol
İlk oyun - 2:2
İlk oyun - 2:2
29 avqust
"Qalatasaray" (Türkiyə) - "Molde" (Norveç) - 2:1
İlk oyun - 3:2
"Panatinaikos" (Yunanıstan) - "Braqa" (Portuqaliya) - 0:1
İlk oyun - 1:2
"Yanq Boyz" (İsveçrə) - "Makkabi" (Hayfa, İsrail) - 3:0
İlk oyun - 0:0
Qrup mərhələsinin bütün iştirakçıları
“Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zaltsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda”nın (Serbiya), "Antverpen" (Belçika), "Kopenhagen" (Danimarka, PSV (Niderland)