ÇL-də qrup mərhələsinin son 3 iştirakçısı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 3 görüş keçiriəcək.

Belçika "Antverpen"i evdə qalib gəldiyi (1:0) AEK-lə bu dəfə Yunanıstanda üz-üzə gələcək. 2-ci təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakov" (Polşa) səfərdə "Kopenhagen"lə qarşılaşacaq. İlk oyun Danimarka klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə PSV (Niderland) "Reyncers"i (Şotlandiya) qəbul edəcək. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb. 

30 avqust

23:00.  AEK (Yunanıstan) - "Antverpen" (Belçika)
İlk oyun - 0:1

23:00. "Kopenhagen" (Danimarka) - "Rakov" (Polşa)
İlk oyun - 1:0

23:00.  PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2

29 avqust

"Qalatasaray" (Türkiyə) - "Molde" (Norveç) - 2:1

"Panatinaikos" (Yunanıstan) - "Braqa" (Portuqaliya) - 0:1

"Yanq Boyz" (İsveçrə) - "Makkabi" (Hayfa, İsrail) - 3:0