ÇL-in ən yaxşı gənc futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı gənc futbolçunun adı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu şərəfə yarışın qalibi olan Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.

İngiltərəli futbolçu komandasının uğurunda əsas pay sahiblərindən biridir.

Qeyd edək ki, Bellingem ötən ilin yayından "Real"ın uğurları üçün çalışır.

O, Kral klubuna Dortmund "Borussiya"sından transfer edilmişdi.