ÇL-in qrup mərhələsindəki qazanclar açıqlandı

UEFA Çempionlar Liqasının qrup mərhələsində ən çox qazanan klub "Real"dır.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, madridlilər bu mərhələdə 79,8 milyon avro əldə ediblər.

Bu göstəricidə ikinci yerdə "Bavariya"dır. Münhenlilər büdcələrini daha 76,6 milyon avro ilə artırıblar.

"Mançester Siti" 76,4 milyon avro ilə üçüncüdürlər.

"Barselona"nın qazancı isə 71,5 milyon avro olub.