ÇL: "Qalatasaray"dan çətin qələbə

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşləri arxada qalıb.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha 3 görüş olub. 

Türkiyə təmsilçisi “Qalatasaray” Norveçdə “Molde” ilə drammatik mübarizədən qalib ayrılıb. 

“Braqa” Portuqaliyada “Panatinaikos”u məğlub edib.  

“Makkabi” ilə “Sürix” isə meydandan sülhlə ayrılıb.

Cavab oyunları 29-30 avqust tarixlərində keçiriləcək.

23 avqust

"Molde" (Norveç) - "Qalatasaray" (Türkiyə) - 2:3

Ellingsen, 8; Haigen, 57 - Oliveyra, 25; İkardi, 29; Midtso, 90+3
 

"Braqa" (Portuqaliya) - "Panatinaikos" (Yunanıstan) - 2:1

Ruis, 51; Djalo, 74 - Mançini, 90+5

"Makkabi" (Hayfa, İsrail) "Yanq Boyz" (İsveçrə) - 0:0