ÇL: "Qarabağ" "Linkoln"a qalib gələrək mərhələ adladı

Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matç saat 20:00-da başlanıb və "Qarabağ"ın 4:0 hesablı qələbəsilə başa çatıb. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edib.

Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" "Linkoln" səddini aşaraq 2-ci təsnifat mərhələsində Polşa "Rakuv"una rəqib olub.

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ" - "Linkoln" 4:0
Qol: Abdullah Zubir, 7, Bəhlul Mustafazadə, 45+1, Redon Cica, 49, Marko Yankoviç, 62 (4:0)

Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)

Bakı Olimpiya Stadionu.

İlk oyun - 2:1.