ÇL: "Qarabağ"ın rəqibi məlum oldu
UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan çempionu “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız ilk görüşünə iyulun 23-24-də, cavab matçına isə 30-31-də çıxacaq.
"Qarabağ" ilk oyunu səfərdə keçirəcək.