Cokoviçlə bağlı son qərar verildi

Avstraliya məhkəməsinin dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçin işi ilə bağlı qərarı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu haqda idman jurnalisti Ben Rotenberq məlumat yayıb. Tennisçinin vəkillərinin vəsatəti məhkəmə tərəfindən rədd edilib, Cokoviç iddianı uduzub.

Beləliklə Avstraliya vizası ala bilməyən idmançı tezliklə deportasiya olunacaq. 

Qeyd edək ki,  "Australiia Open" turnirinin  doqquzqat çempionu Cokoviç artıq turnirin kortlarında məşq etməyə başlamışdı.