Con Terri onları fərqləndirdi

Əfsanəvi futbolçu Con Terri bir vatxlar "Çelsi"nin şərəfini qoruyan Kevin De Brüyne və Mohamed Salahın potensialını yaxşı dəyərləndirmədiyini etiraf edib.

Sportline.az xəbər verir ki, "Obi One" yutub kanalına danışan Terri onları yaxşı tanımadığına görə təəssüfləndiyini bildirib.

“Mən onların Premyer Liqanın ən yaxşı oyunçularından birinə çevriləcəklərini təsəvvür edə bilərdimmi? Təbii ki, yox. Bu, "Çelsi"də kapitan olduğum müddətdə yeganə məyusluğumdur" - deyə Terri bildirib.

Qeyd edək ki, 42 yaşlı Terri 1998-2017-ci illərdə "zadəganlar"ın şərəfini qoruyub.