Cud Bellingemin Runi sevgisi
"Real Madrid"in gənc ulduzu keçmiş futbolçu Ueyn Runi haqqında danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 20 yaşlı hücumçu İngiltərədə yaşadığı illərdə Runi fanatı olduğunu deyib. Bellingem açıqlamasında " İngiltərə millisinin oyunlarına baxarkən sadəcə Runini izləyirdim. Futbolçu olmağımda ən böyük pay sahibi odur",-deyib.
Gənc ulduz başqa futbolçulardan da ilham aldığını və Kriştiyanu Ronaldunun izindən getmək istədiyini bildirib.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real Madrid" forması ilə çıxdığı 17 oyunda 15 qol 2 asistlə yadda qalıb.