Daha bir baş məşqçi istefası

İtaliyanın "Cenoa" klubu baş məşqçi Aurelio Andreatsolini istefaya göndərib.

Sportline.az xəbər verir ki, 65 yaşlı mütəxəssislə komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən yollar ayrılıb. 

Qeyd edək ki, 8 turdan sonra aktivində 5 xal olan "Cenoa" hazırda İtaliya A Seriyasında 19-cu yerdə qərarlaşıb.