Daha bir millidə istefa gözlənilir
Argentina millisində baş məşqçi istefası gözlənilir.
Sportline.az xəbər verir ki, bu haqda millinin çalışdırıcısı Lionel Skaloni mesaj verib.
"Vacib bir məsələni vurğulamaq istəyirəm. Topu saxlamalı və bəzi mətləblər haqda düşünməliyəm. Gələcəyimlə bağlı qərar vermək vaxtıdır.", deyə Skaloni TyC Sports-a düşüncələrini açıqlayıb.
Davamında isə o, "Bu ayrılıq anlamına da gələ bilər. Bir sözlə düşünüb qərar verməliyəm. Çünki qarşıya çox yüksək hədəf qoyulub. Qələbə qazanmağa davam etmək isə çətinləşib", - deyib.