Daha bir ulduz futbolçu koronavirusa yoluxdu

İtaliyanın "Sampdoriya" klubunun hücumçusu Manolo Qabbiadinidə koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, italiyalı futbolçunun testləri müsbət çıxıb. Klub 28 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğunu və karantinə alındığını açıqlayıb.

Daha öncə A Seriyasında "Yuventus"un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxmuşdu.