Daha bir ulduz Səudiyyə Ərəbistanına yollanmaq istəyib
"Mançester Siti"nin futbolçusu Bernardu Silva maraqlı açıqlama ilə gündəmə gəlib.
Spportline.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Səudiyyə Ərəbistanına yollanmaq istədiyini bildirib.
"Bu haqda düşünmədiyimi desəm, yalan olardı. Amma, Çempionlar Liqasının həyəcanı bu fikri beynimdən çıxardı. Bu zövqdən özümü məhrum etmək istəmədim", - deyə Bernardu City Zone nəşrinə düşüncəsini bölüşüb.
Qeyd edək ki, 29 yaşlı futbolçu bir sıra ərəb klublarından təklif almışdı.