Damaqoy Vida keçmiş klubunu məhkəməyə verib

Xorvatiyalı müdafiəçi Damaqoy Vida keçmiş klubunu məhkəməyə verib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, futbolçuya mencerlik edən şirkət Damaqoy Vidanın "Beşiktaş"dan ala bilmədiyi 2 milyon avro üçün məhkəməyə şikayət edib. 

"Beşiktaş" rəsmiləri isə şikayətin əsilsiz olduğunu bildiriblər. 

Qeyd edək ki, Damaqoy Vida 2018-ci ildə "Dinamo Kiyev"dən "Beşiktaş"a transfer olunmuşdu.