Dani Alves azadlığa çıxdıqdan sonra ilk dəfə futbol oynayıb

Daha əvvəl girov müqabilində həbsdən çıxan Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alves azadlığa buraxıldıqdan sonra ilk dəfə futbol oynayıb.

Sportline.az xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, daha əvvəl gizli həyat tərzi keçirən braziliyalı Barselonadakı futbol meydançalarından birində görüntülənib.

Keçmiş futbolçu həvəskarlarla futbol oynamaq üçün xüsusi proqram vasitəsilə komanda toplayıb.

Qeyd olunur ki, insanlar onu tanıyıb və şəkil çəkdirməyə başlayıblar.