Dani Olmonun son durumu açıqlandı

"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmonun zədəsi ilə bağlı son durum açıqlanıb.

Sportline.az xəbər verir ki, onun 4-5 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bu haqda klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, Olmo, İspaniya La Liqasının ötən gecə keçirilən "Jirona"ya qarşı oyununda sağ bud əzələsindən xəsarət alıb.

47-ci dəqiqədə qol vuran futbolçu 61-ci dəqiqədə məcburi əvəzlənib.