Danimarka polisi oyun öncəsi hazırlıqlara başlayıb.
Danimarka polisi "Kopenhagen" - "Qalatasaray" matçı öncəsi stadionun ətrafını "təhlükəli bölgə" adlandırıb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, UEFA Çempionlar liqasının qrup mərhələsinin son turunda keçiriləcək "Kopenhagen" - "Qalatasaray" matçı polislər tərəfindən yüksək riskli tədbirlər siyahısına daxil edilib.
Polislər Parken tadionu ərazinisi "təhlükəli bölgə" adlandıraraq azarkeşlərin girişinə qadağa qoyublar.
Qeyd edək ki, Danimarka Müdafiə Nazirliyi həmin ərazidə baş verəcək hadisələrin səbəbkarlarını 2 qat cəzalandıracaqlarını bildirib.