DÇ-2022: Uels İngiltərə, İran, və ABŞ-a rəqib olub

Uels yığması futbol üzrə 2022-ci il dünya çempionatında B qrupuna düşüb.

Sportline.az xəbər verir ki, rəqiblər İngiltərə, İran, və ABŞ olacaq. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə təşkil olunacaq.

Qeyd edək ki, Uels yığması Avropa zonası üzrə pley-off mərhələsinin final matçında Ukraynaya qalib gəlib - 1:0. Bu komanda 64 ildən sonra tarixində ikinci dəfə mundiala yüksəlib. İndiyədək heç bir ölkə bu qədər fasilə ilə dünya çempionatına vəsiqə əldə etməyib.