De Yonq "Barselona"da illik 9 milyon avro maaş alacaq
"Barselona" yarımmüdafiəçi Frenkie de Yonqla yeni müqavilənin detallarını hazırlayır.
Sportline.az xəbər verir ki, 28 yaşlı hollandiyalı yeni müqaviləyə əsasən, ildə təxminən 9 milyon avro qazanacaq. Daha bir il uzadılma ehtimalı ilə 2028-ci ilin yayına qədər davam edəcək.
De Yonq bu həftənin əvvəlində agentini dəyişib. Yeni təmsilçi "Barselona" rəhbərliyi ilə görüşərək müqavilənin detallarını müzakirə edib. De Yonqun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
2024/25 mövsümündə yarımmüdafiəçi 46 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.