Dele Alli İspaniya klubunun maraq dairəsinə düşüb

İngiltərə millisinin sabiq oyunçusu karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində "Real Betis" klubu maraqlıdır.

Sevilya təmsilçisinin baş məşqçisi Manuel Pellegrini şəxsən oyunçunun transfer edilməsini istəyib.

Son olaraq "Beşiktaş"da çıxış edən Alli 2023-cü ildə aldığı ciddi zədədən sonra meydana çıxa bilməyib.

Qeyd edək ki, bu yay "Everton' ilə müqaviləsi başa çatan oyunçu azad agent statusu daşıyır.