"Deportivo"nun keçmiş prezidentindən Ronaldu etirafı

İspaniyanın "Deportivo" klubunun keçmiş prezidenti Auqusto Sezar Lendoiro portuqaliyalı Kriştiano Ronaldu barədə açıqlama verib.

Sportline.az xəbər verir ki, Lendoiro 2003-cü ildə "Sportinq"də (Lissabon) çıxış edən 18 yaşlı Ronaldunu "Deportivo"ya transfer etmək istəyib. Amma klubun maddi cəhətdən buna imkanı olmayıb.

"Ronaldunun hələ 18 yaşı olarkən videolarını izlədik. Dərhal onun transferi üçün "Sportinq"in rəhbərliyi ilə görüşdük. O vaxtlar Lissabon komandası bizdən transfer üçün 12 milyon avro istədi. Biz isə bu məbləği qarşılaya bilmədik".