Deputat hansı futbolçudan üzr istədi?

Qana Milli Demokratik Konqresinin deputatı İsaak Adonqo bir müddət öncə ölkənin vitse-prezidenti Mahamudu Baumianı "iqtisadi Maquayr" adlandırmışdı.

Sportline.az "Goal"a istinadla xəbər verir ki, siyasətçi bu əməlindən peşman olaraq “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrdan üzr istəyib.

Adonqo parlamentin iclasında belə deyib: “Xatırlayacaqsınız ki, keçən il Mahamudu Baumianı Harri Maquayra bənzətdim. Cənab spiker, indi Harri Maquayrdan üzr istəyirəm...Bu gün Maquayre vəziyyəti dəyişib və inkişaf edib. Harri Maquayr indi “Mançester Yunayted”in əsas oyunçusudur”, – deyə "Goal" Adonqonun sözlərindən sitat gətirib.