Derbini "Fənərbaxça" qazandı

Türkiyə kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli olub. SportLine.az xəbər verir ki, "Beşiktaş"ın qonağı olan "Fənərbaxça" minimal hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırıb. 42-ci dəqiqədən azlıqda qalan "Qara qartal"ı 72-ci dəqiqədə Robin van Persi cəzalandırıb.

Günün digər görüşlərində bu nəticələr qeydə alınıb:

"Akhisar" - "Gümüşhanespor" - 3:1
"Konyaspor" - "Ümraniyespor" - 2:1 (Əlavə vaxt)
"Kasımpaşa" - "Osmanlıspor" - 1:0 (Əlavə vaxt)