Derbi öncəsi dava düşdü, yaralananlar var

"Beşiktaş" "Fənərbağça" görüşündən öncə azarkeşlər arasında gərginlik yaşanıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər"in azarkeşləri rəqib komanda fanatları ilə  mübahisə ediblər. Polisin müdaxiləsi zamanı 20-dən çox azarkeş yaralanıb. 

Hazırda Türkiyə polisinin sükutu bərpa etdiyi bildirilib.

Qeyd edək ki, "Beşiktaş" "Fənərbağça" görüşü Bakıv vaxtı ilə 20:00-da başlanacaq.