Derik Köhn yenidən Bundesliqaya qayıda bilər

"Qalatasaray"ın qış transfer pəncərəsində "Hannover 96"dan 3 milyon avro qarşılığında  heyətində qatdığı Derik Köhn ölkəsinə qayıda bilər.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, bir Bundesliqa komandası sol cinah müdafiəçisi üçün Türkiyə klubuna 10 milyon avro təklif edib.Qalatasaray rəhbərliyi isə oyunçunun ayrılığına müsbət yanaşır.

Derik Köhn 6 ay ərzində "Qalatasaray" ilə həm Super Liqa, həm də Super Kubok çempionluğu yaşayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılılar"ın heyətində çıxdığı 15 oyunda 1 qol, 2 asistlə yadda qalıb.