Deşamdan Mbappeyə tərif
Niderlandla AVRO-2024-ün seçmə mərhələ matçından sonra Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Kilian Mbappedən razılıq edib.
Sportline.az xəbər verir ki, Deşam Mbappenin əsl kapitan kimi oynadığını bildirib.
“Kilian əsl kapitan kimi davrandı. Meydanda çox səy göstərdi, müdafiədə bizə kömək etdi. Mən ona lazım olan azadlığı verirəm”, - deyə Deşam "beIN Sports"a danışıb.
Qeyd edək ki, Mbappe Niderlanda qarşılaşmada 2 qol vurub.