Di Mariya karyerasını bitirir

Argentina millisinin üzvü Anhel Di Mariya milli karyerasını bitirir.

Sportline.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi məşhur jurnalist Fabritsio Romanoya danışıb.

"Ruhumda ağrı və boğazımda bir düyün hissi ilə bütün karyeramda başıma gələn ən gözəl şeyə "əlvida" deyirəm. Amerika Kubokundan sonra millidəki kayeramı bitirəcəyəm" - deyə Di Mariya bildirib.

Təcrübəli futbolçu millidə 15 ildir çıxış edir.