Di Mariya Messiyə yaxınlaşdı
Anxel Dimariya Cənubi Amerika zonasında keçirdiyi təsnifat oyunlarının sayına görə Argentina millisinin siyahısında ikinci olub.
Sportline.az xəbər verir ki, "Benfika"nın yarımmüdafiəçisi bu göstəricidə yalnız Messidən geri qalır.
Ötən gecə Braziliya millisinə qarşı oyun Di Mariyanın 52-ci matçı idi.
Lionel Messinin aktivində isə 65 görüş var.
Üçüncü yerdə 51 oyunla millinin sabiq müdafiəçisi Xavyer Zanettidir.