Diakabi bir daha futbol oynaya bilməyəcək

Muktar Diakabi dizindən aldığı zədəyə görə karyerasını başa vuracaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Real Madrid"lə görüşdə dizindən zədələnən "Valensiya" klubunun 27 yaşlı müdafiəçisi bir daha futbol oynaya bilməmə riski ilə üzləşib.

Komandanın həkimləri açıqlamalarında "Bu zədə bir futbolçunun başına gələ biləcək ən pis şeydir. Diz qapağında yaranan problem futbolçu üçün çox böyük risk daşıyır", - deyiblər.

Qeyd edək ki, "Valensiya" - "Rela Madrid" görüşü 2-2 hesablı heç-heçə ilə başa çatmışdı.