Diakabi əməliyyat olunub

"Valensiya"nın 27 yaşlı müdafiəçisi Diakabi əməliyyat olunub. 

Sportline.az xəbər verir ki, klubun həkimləri təcrübəli futbolçunun "Real Madrid"lə görüşdə zədələndiyini və futbolçu karyerasını bitirmək məcburiyətində qalacağını demişdilər. 

Komanda rəsmiləri Mouktar Diakabinin hazırda əməliyyat olduğunu və vəziyətinin normal olduğunu bildiriblər.

Qeyd edək ki, həkimlər futbolçunun vəziyyəti ilə bağlı ətraflı məlumatı daha sonra verəcəklər.