Diasın atası da azad ediləcək

Milli Azadlıq Ordusu "Liverpul"un hücumçusu Luis Diazın atasını yaxın vaxtlarda azad etməyə hazırlaşır.

Sportline.az bu barədə ESPN-ə istinadla xəbər verir.

Kolumbiya milli komandasının 26 yaşlı oyunçusunun valideynləri şənbə günü ölkənin şimalındakı Barrankasda yanacaqdoldurma məntəqəsində qaçırılıb.

Bu səbəbdən cinah yarımmüdafiəçisi oktyabrın 29-da Premyer Liqanın 10-cu turunda “Nottingem Forest”lə ev matçını (3:0) buraxıb.