Donnarumma "Milan"dan gedir

"Milan"ın qapıçısı Canluici Donnarumma yayda komandanı tərk etməyə yaxındır.

Sportline.az "La Gazette dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 21 yaşlı qolkiperlə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür. Klub Donnarummanın transferindən yüksək gəlir əldə edib, komandaya yeni futbolçular cəlb etməyi planlaşdırır.

Bildirilir ki, "Milan"  "Napoli"in qapıçısı Aleks Meret və "Udineze"nin qolkiperi Xuan Musso ilə maraqlanır.

Qeyd edək ki, C.Donnaruma 2015-ci ildən "Milan"da çıxış edir.