Dris Mertens gələcəyi ilə bağlı qərarı verib

'Qalatasaray"ın təcrübəli futbolçusu Dris Mertens gələcəyi ilə bağlı açıqlamalar verib.

Sportline.az xəbər verir ki, 37 yaşlı futbolçu Belçikanın  "La Derniere Heure" nəşrinə verdiyi müsahibədə daha 1 il "Qalatasaray"da qalacağını və daha sonra karyerasını sonlandıracağını bildirib.

Qeyd edək ki, ardıcıl 2 il "sarı-qırmızılılar"la çempionluq yaşayan Mertens bu mövsüm çıxdığı 51 oyunda 12 qol və 19 asistlə diqqət çəkib.