Dünya çempionatı: Güləşçilərimiz bürünc medal qazanıblar
Qızlardan ibarət güləş millimizin üzvləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında üç bürünc medal qazanıblar.
Sportline.az xəbər verir ki, Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Əmrah Əmrahov (48 kq) da bürünc medala sahib çıxıb. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) isə mundialın qalibi olublar.