Dünya çempionatlarının ən yaxşısı
Dünya çempionatları tarixinin ən yaxşı futbolçuları açıqlanıb.
Sportline.az xəbər verir ki, "FourFourTwo" portalının versiyasına əsasən ilk yeri Pele tutub.
Lionel Messi 2-ci, Dieqo Maradona 3-cü olub.
Maraqlıdır ki, ilk 20-likdə yeganə qapıçı Lev Yaşindir. O, SSRİ dövründə inamlı çıxışı ilə adını tarixə yazdırıb.