Dünya çempionu özü və Pike haqda mesajlara cavab verdi
Formula 1 üzrə üçqat dünya çempionu Maks Ferstappen ona və sevgilisi Kelli Pikeyə göndərilən mesajlarla bağlı münasibətini açıqlayıb.
Sportline.az xəbər verir ki, "Red Bull"un pilotu cavab verərkən emosiyalarını gizlətməyib.
"Bunun qarşısı alınmalıdır. Bəzilərinin sosial şəbəkələrdəki paylaşımları ağlasığmaz olduğu qədər də mənasızdır. Bu dünyada nifrətə yer olmamalıdır. Biz bilirik ki, həqiqət ailəmizin tərəfindədir və biz birlikdə xoşbəxtik", - deyə Ferstappen sosial şəbəkədəki hesablarında vəziyyətə aydınlıq gətirməyə çalışıb.
Eyni paylaşıma Kelli Pike də müraciət edib.