Dünya çempionumuz 1/4 finalda

Almaniyanın Hamburq şəhərində boks üzrə dünya çempionatı davam edir. Sportline.az xəbər verir ki, yarışın 1/8 final mərhələsi arxada qalıb. Mərhələnin son günün rinqə çıxan idmançılarımız fərqli nəticə göstəriblər. Dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionu iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Məcidov bu gün 1/4 finalda fransalı Kamili-Dini Abudo-Moindze ilə üz-üzə gələcək. 

Pərviz Bağırov isə mübarizəni dayandırıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/8 finalda mondolustanlı Tuvşinbat Byambaya 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub. 

Qeyd edək ki, daha əvvəl Kamran Şahsuvarlı (75 kq) 1/4 finala yüksəlib. Lorentso Sotomayor (64 kq) isə hakimlərin qərarı ilə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb.