Dünya şahmat tacının sahibi məlum oldu

Bu gün Astanada 2023-cü il şahmat üzrə dünya çempionu adı uğrunda mübarizəyə yekun vurulub.

Sportline.az xəbər verir ki, rusiyalı Yan Nepomyaşi və çinli Dinq Liren arasındakı tac uğrunda mübarizənin yekununda sonuncu sevinən tərəf olub.

Titulun taleyi tay-brekdə həll olunub. Rəqiblər daha əvvəl klassik vaxta nəzarətlə 14 oyun keçirsələr də, qalibi müəyyənləşdirə bilməmişdilər. Ona görə də 17-ci dünya çempionu rəqibindən daha sürətli oynayan və blitsdən daha yaxşı oynayan şahmatçı olub. Tay-brekdə rusiyalı həmkarını üstələməyi bacaran Liren dünya şahmat tacının yeni sahibinə çevrilib.

Beləliklə, Dinq Liren tarixə 17-ci dünya çempionu kimi düşüb.